Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir - Anar Kərimov
"İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyətimizin bərpası missiyası uğurla davam etdirilir". SİA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
Nazir qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Prezident İlham Əliyevin verdiyi ilk qərarlardan biri Şuşanın mədəniyyət payaxtı edilməsi idi: “Bu özlüyündə çox böyük mesaj idi ki, Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır. Azərbaycan Qarabağa təkcə enerji, iqtisadi layihələrlə deyil, eyni zamanda yumşaq güclə qayıdıb”, - deyə A.Kərimov bildirib.
O qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub: “Mədəniyyətimizi, müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirməliyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir”, - deyə nazir bildirb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB