Azərbaycan və azərbaycanlılar məni heyran etdi - Xorvatiyalı musiqiçi
“Bir neçə saatdır ki, Azərbaycandayam, lakin bu ölkə və onun insanları haqqında çox yüksək təəssüratlarım var. Onlar məni heyran etdi”. SİA xəbər verir ki, bu sözləri Xorvatiyanın Bakıda səfərdə olan məşhur “Klapa Bosket” musiqi qrupunun üzvü Davor Cakovic jurnalistlərə açıqlamasında bildirib.
Musiqiçi Azərbaycanın milli musiqiləri ilə yaxından tanış olduğunu da diqqətə çatdırıb: “Buradakı abu-hava bizim gözlədiyimizdən də xeyli gözəl və təsirlidir. Ümid edirəm ki, yenidən Azərbaycana səfər edəcəyik.
Azərbaycanın tarixi, ənənəvi musiqilərini dinləmişəm. Ümumiyyətlə, bizim qrup Xorvatiyanın tarixi musiqilərini ifa edir, bu baxımdan başqa xalqların da tarixi musiqiləri ilə yaxından tanış olmağa çalışırıq”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB