Xəzərin "sahilində" Azərbaycan xalçaları. Bu gün Moskvanın tam mərkəzində yerləşən eyniadlı restoranda “Azərbaycan xalçalarının yeni həyatı” sərgisi çərçivəsində Azərbaycan xalçaçılığının nadir şah əsərlərinin təqdim olunduğu Azərbaycan gecəsi keçirilir. SİA Moskva-Baku platformasının sərgidən hazırladığı reportajı oxucularına təqdim edir.
Sərgidə “Azərxalça” istehsalat birliyində hazırlanmış 80-dən çox eksponat, o cümlədən maraqlı süjet kompozisiyasına malik xalçalar nümayiş etdirilir. Burada ənənəvi (klassik) Azərbaycan xalçaları ilə yanaşı, yeni üslubda adlandırılan müasir xalçalara da heyran olmaq olar.
Azərbaycan Xalçası Gününü Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi təşkil edib. Bildirilib ki, Azərbaycan xalçasının populyarlaşdırılması ən mühüm vəzifədir.
Təşkilatçılar qeyd ediblər ki, “Azərxalça” istehsalat birliyində hazırlanan xalçalar xüsusi texnologiya üzrə hazırlanır və əl işidir. Bu gün “Azərxalça” Azərbaycanda əl istehsalı xalçaların ən böyük istehsalçısıdır. Şirkətin fabrikləri Azərbaycanın bütün bölgələrində yerləşir- bu, hər bir bölgənin öz xalçaçılıq ənənələrinin olması ilə əlaqədardır və istehsalçılar onlara əməl etməyə çalışırlar.
Xatırladaq ki, “Azərbaycan xalçası” sənəti 2010-cu ildə YUNESKO-nun Reprezentativ Siyahısına daxil edilib.
Qonaqların Azərbaycan xalçaçılıq sənətinin şah əsərlərini heyran edə bilməsi ilə yanaşı, təşkilatçı Azərbaycan mətbəxinin hazırlanması üzrə bir neçə ustad dərsləri hazırlayıb, iştirakçılar həmçinin Azərbaycan şərablarının dadına baxa biliblər.
İnna Lisovskaya, Din Bitsoyev
Tərcümə etdi - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB