Azərbaycanın ən gənc
"Koroğlu"su, vokalçı Ramil Qasımov 28 May - Respublika Günü münasibəti ilə Zərdabda
konsert proqramı ilə çıxış edib. Bu barədə SİA-ya məlumat verən ifaçı zərdablılar qarşısında çıxış etməkdən
məmnunluğunu dilə gətirib.
Konserti M.Maqomayevin "Azərbaycan" mahnısı ilə açan Ramil Qasımov tədbirdə Ü.Hacıbəylinin, T.Quliyevin, Ş.Axundovanın, R.Hacıyevin, S.Ələsgərovun mahnılarını ifa edib. Müğənni konserti Heydər Əliyevə ithaf olunan "Məşəl kimi yanan ürək" mahnısı ilə yekun vurub.
R.Qasımov bölgələrdə silsilə şəkildə konsertlər verəcəyini də açıqlayıb: "Bölgələrimizdə, gözəl guşələrimizdə konsert vermək çox gözəl bir hissdir. Burada insanlara yaxın olmaq, onlara canlı musiqilər ərməğan etmək məni də sevindirir. Bu silsilədən daha bir neçə konsertlərim nəzərdə tutulur və hər birinə çox ürəklə hazırlaşıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB