“Böyük Qayıdış” film layihələri müsabiqəsinin qalibləri müəyyənləşib
Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – Pitçinq mərhələsi Azərbaycan Dövlət Film Fondunda keçirilmiş və şəffaflığın qorunması məqsədilə fondun rəsmi yutub kanalı vasitəsilə canlı yayımlanıb.
Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.
Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilib, 7 münsifdən 2-si bitərəf qalıb, 5-nin səs çoxluğu ilə 11 layihə qalib seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB