Qənirə Paşayeva Türkiyənin tanınmış kinorejissoru ilə görüşüb FOTOLAR

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin məşhur sənətkarı - kinorejissor, ssenarist Osman Sınavla görüşüb.

SİA-nın məlumatına görə, görüşdə Q.Paşayeva O.Sınavın məşhur ekran əsərlərinin Türkiyə və Azərbaycanla yanaşı, bütün Türk-İslam dünyasında, dünyanın bir çox başqa ölkəsində maraq və heyranlıqla izlənməsindən qürur duyduğunu söyləyib.

Komitə sədri O.Sınav kimi məşhur sənətkarın Azərbaycanla bağlı mövzulara, özəlliklə 44 günlük Vətən müharibəsinə yanar ürəklə yanaşdığına, ciddi sənətkar marağı göstərdiyinə görə təşəkkür edib.

Osman Sınav üzərində işlədiyi ekran əsərləri, yeni yaradıcılıq planları, ideyalar və təşəbbüslər haqqında komitə sədrinə məlumat verib, onunla ətraflı fikir mübadiləsi aparıb.

Komitə sədri qonağa xatirə hədiyyəsi təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə