Əməkdar mədəniyyət işçisi, xanımı və qızı koronavirusdan öldü

Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib. SİA-nın məlumatına görə, tarzən koronavirus infeksiyasına yoluxub və 73 yaşında dünyasını dəyişib.

S.Mustafayevin qızı Hökümə xanım açıqlamasında bildirib ki, atası 10 gün idi xəstəxanada müalicə alırdı: "Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər".

Bütün xəbərlər Facebook səhifəmizdə