Siyavuş Kərimi də koronavirusa yoluxdu

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub. SİA-nın məlumatına görə, bu haqda konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib. O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib:

“Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında əyani dərslər bu gündən dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə