Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyasında BAFTA mükafatını qazanıb

Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyasında BAFTA mükafatını qazanıb

Britaniyalı aktyor Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyasında Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

SİA-nın məlumatına görə, nüfuzlu mükafatı aktyor Florian Zellerin rejissoru olduğu "Ata" (The Father, 2020) dram filmində oynadığı rola görə alıb.

Bu, ser Entonin üçüncü "Bürünc Maskasıdır". Daha əvvəl o "Kölgə Diyarları" (Shadowlands, 1993) və "Quzuların Sükutu" (1990) filmlərinə görə Britaniya akademiyasının mükafatına layiq görülub.

Bütün xəbərlər Facebook səhifəmizdə