Qırğızıstanlı nazir haranı ziyarət edib? FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliev arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla təşkilat arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi mövzusunda danışıqlar aparılıb.

Fondun prezidenti Günay Əfəndiyeva görüşün əhəmiyyətindən bəhs edərək, gələcək tərəfdaşlıq münasibətlərinin perspektivləri haqqında danışıb.

Nazir Kayrat İmanaliev Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat tərəfindən görülən işlərə, keçirilən layihələrə dəstək verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə