Qadınları zorlamada təqsirləndirilən “Oskar” mükafatçısı bəstəkar özünə qəsd edib

Qadınları zorlamada təqsirləndirilən “Oskar” mükafatçısı bəstəkar özünə qəsd edib

"You light up my life" hitinin müəllifi və prodüser Cozef Bruks Manhettendəki mənzilində ölü tapılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 73 yaşlı Bruks yerdə başına paket keçirilən, boynuna isə məhrəba salınan halda aşkarlanıb. Meyitin yanında ölüm qabağı yazılan məktub da olub. Lakin onun məzmunu açıqlanmır.

Bəstəkar məhkəmə prosesi başlamazdan öncə özünə qəsd edib. O, səsini dinləmək bəhanəsi ilə evinə gətirdiyi qadınlara təcavüz etmə iddiası ilə ittiham olunurdu.

Hüquq mühafizə orqanları məşhur şəxsin intiharını araşdırır.

Qeyd edək ki, Cozef Bruks 1977-ci ildə mahnısına görə "Oscar" və Grammy mükafatına layiq görülüb. Həmin mahnı 30 ildir müxtəlif müğənnilər tərəfindən ifa olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə