Tahir Əkbər: “Bu qələbə Azərbaycanın tanınmasında çox mühüm rol oynayacaq”

Tahir Əkbər: “Bu qələbə Azərbaycanın tanınmasında çox mühüm rol oynayacaq”

"Bu qələbə bizim ümumxalq bayramımızdır. Bu bizim mədəniyyətimizə, musiqimizə olan qiymətin bariz nümunəsidir". Bu barədə SİA-ya açıqlamasında bəstəkar Tahir Əkbər təmsilçilərimizin qələbəsi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

T. Əkbər qeyd edib ki, sevindirici haldır ki, Azərbaycan estrada pop musiqisi janrında olan ifa ilə böyük bir nailiyyətə sahib olub: "Təbii ki bu qələbəni qazanmaq da asan deyildi. Necə deyərlər \"ot öz kökü üstünsə bitər\". Bizim Azərbaycan xalqının zəngin mədəniyyət kökləri var. Bizim bir çox tanınmış bəstəkarlarımız digər xarici ölkələrin beynəlxalq tədbirlərində layiqincə ölkəmizi təmsil ediblər. Artıq yeni nəsillər yeni uğurlara imza atırlar".

"Artıq 4-cü ildir ki, bu müsabiqədə iştirak edirik. Baxmayaraq ki, ilk dəfə təmsil edildikdə 8-ci yeri qazanmışdıq, lakin daima diqqət mərkəzində idik. Bu da bizim geniş musiqi mədəniyyətimizin olması ilə bağlıdır. Azərbaycan hər zaman öz musiqisi ilə Avropa ölkələrində tanınıb. Pop musiqisi bütün dünyada yayılan bir janrdır. Çox qısa bir müddətdə ifaçılarımız birinci yerə çıxa bildilər. Bu Azərbaycanlılar üçün böyük şərəfdir. Azərbaycan daim inkişaf edir. Bu qələbə Azərbaycanın tanınmasında çox mühüm rol oynayacaq",- deyə bəstəkar əlavə edib.

Tahir Əkbər onu da vurğulayıb ki, qardaş Türkiyə finala keçə bilmədi, ancaq düşünürəm ki, gələn il Azərbaycan udmasa da Türkiyə mütləq qələbə qazanacaq: "Gələn ilki yarışmanın Azərbaycanda keçirilməsi Avropanın pop musiqisini burada daha da tanıtdıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə