Gənc skripkaçı Canel Nəcəfli ABŞ-da keçirilmiş “Boulder Bach” Festival adlı mötəbər klassik musiqi yarışmasında 39 ölkədən qatılmış 273 iştirakçı və “University” kateqoriyasında olan 49 nəfər arasında mükafatlandırılmış 10 nəfərdən biri olub. SİA-nın məlumatına görə, C. Nəcəfli 2021-ci ildə həmin festivalda canlı çıxış etmək üçün ABŞ-a dəvət alıb. Qaliblərə diplomlar 1-2 həftə müddətində təqdim ediləcək.
Əslən Şuşadan olan Canel Nəcəfli 2002-ci ildə Bakıda anadan olub. O, hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Simli alətlər kafedrasının qiyabi təhsil üzrə, Çexiya (Plzen) Konservatoriyasının isə əyani təhsil üzrə II kurs tələbəsidir. İlk solo çıxışlara 2014-cü ildən başlayıb. O, bir çox beynəlxalq müsabiqələrin qalibidir. 2018-ci ildə Brüsseldə keçirilən “Grumiaux” beynəlxalq müsabiqəsində qazandığı diplom ona Bakı Musiqi Akademiyasında müsabiqədənkənar təhsil almaq şansı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə