Məktəblilər hazırladıqları videoçarxı kitabxanaya təqdim ediblər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ölkəmizdə tətbiq edilən karantin rejimi ilə əlaqədar öz fəaliyyətini virtual olaraq davam etdirir. Pandemiya ilə mübarizə aparmaq daha çox yoluxmanın qarşısını almaq məqsədi ilə “Biz birlikdə güclüyük!”, #EvdəQal çağırışına həmrəy olaraq MKS-nin Mərkəzi Kitabxanası çətin günlərdə oxucuları pozitiv olmağa səsləyir.

İdarədən SİA-ya bildirilib ki, evdə qalaraq mütaliə edən, vaxtlarını səmərəli keçirən, oxucular hazırladıqları videoçarxları mütəmadi olaraq kitabxanaya təqdim edir. Növbəti videoçarxda 53 nömrəli məktəbin şagirdləri şairlərimizin şeirlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...