Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti keçiriləcək

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti keçiriləcək
Aprelin 23-də, saat 12.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti keçiriləcək. SİA-nın məlumatına görə, konsert Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunur.

Bədii rəhbər və Baş hərbi dirijor, xalq artisti, professor, polkovnik Yusif Axundzadə, dirijorlar isə kapitan Rüfət Axundzadə və baş leytenant İmran Allahverdidir.
Proqramda həmçinin tanınmış kinofilmlərə (Zorro, Avatar, Harry Potter, Peter Gunn, Rocky və s.) yazılan musiqi səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə