Teatr izləyiciləri tamaşalarını internet üzərindən baxmağa dəvət edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı olaraq bəşəriyyətin bəlasına çevrilən COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə tamaşaçıların evdən çıxmamaq şərtilə tamaşalara baxa bilməsi üçün yeni bir təşşəbüs irəli sürüb.
SİA-nın məlumatına görə, tamaşaları aşağıda qeyd olunan tarixlərdə Bakı Uşaq və Gənclər Teatrının "Youtube", "Facebook", "instagram" səhifələrindən izləyə bilərsiniz.
1. "Danışan Gəlincik" - 26 mart (uşaqlar üçün)
2. "Qucaqla məni" - 30 mart (31 mart soyqırımına həsr olunub, gənclər üçün)
3. "Dovşanın evi"- 3 aprel ( uşaqlar üçün)
4. "Göyçək Fatma" - 7 aprel ( uşaqlar üçün)
5. "Əyriqulaq dovşan" - 11 aprel (uşaqlar üçün)
6. "Günahsız Günahkarlar" - 15 aprel ( insan alverinə qarşı mübarizəyə həsr olunub)
7. "Çay dəstgahı" - 19 aprel ( uşaqlar üçün)
8. "Sehrli Tütək"- 23 aprel (uşaqlar üçün)
9. "Pəltək Cücə" - 27 aprel (uşaqlar üçün)
10. "Kimdir müqəssir" - 1 may (böyüklər üçün)
11. "Humayın yuxusu" - 5 may (uşaqlar üçün)
Bütün xəbərlər Facebook səhifəmizdə