"FHN Bakı Dövlət Sirki ilə bağlı iradlarını bildirib" - AÇIQLAMA

"FHN Bakı Dövlət Sirki ilə bağlı iradlarını bildirib" - AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Sirki ilə bağlı iradlarını bildirib və bunlar da haqlı iradlardır. SİA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib: "Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik. Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə