Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün tədbir keçirilib FOTOLAR

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün tədbir keçirilib FOTOLAR

Ağcabədi rayon icra hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon şöbəsi ilə birlikdə sağlamlıq imkanları məhdud olan uşaqlar və əlilliyi olan rayon sakinləri üçün maraqlı və rəngarəng tədbir proqramı təşkil edilib. SİA-nın məlumatına görə, hər il olduğu kimi bu dəfə mərkəzin uşaqları tədbir iştirakçılarına öz şer, rəqs və musiqi nömrələri ilə xoş ovqat bəxş ediblər. Yeganə fərq ondan ibarət olub ki, bu ilki tədbirdə təkcə Ağcabədi günərzi qayğı mərkəzi deyil həm də 2019-cu ildə fəaliyyətə başlayan icma əsaslı sosial reabilitasiya mərkəzinin uşaqları da iştirak edərək tədbirə öz töhfələrini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə