Bu gün ölkəmizin orta təhsil ocaqlarında "Son zəng" Günü olaraq qeyd olunur. 14 iyun tarixi məktəbliləri həm sevincinə, həm də kədərinə şahid olur. Bu tarix respublikamızın bütün məktəbləri kimi, Akademik Zərifə Əliyeva adına Liseydə də təmtəraqla qeyd olunub. SİA-nın məlumatına görə, Liseydə bu gün maraqlı tədbirlə yadda qalıb.
Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək məzunlara uğurlar diləyib. Direktor qeyd edib ki, bu Liseyin şagirdləri arasında olduqca bacarıqlı, istedadlı və əlacı şagirdləri var. "Biz gənclərimizlə qürur duyuruq. Liseyimizin şagirdləri çox sayda olimpiada və yarışlarda qalib olmağı bacarıb. Məzunlara bundan sonrakı həyatlarında daim uğur, sağlamlıq diləyirik. Unutmayın ki, hər biriniz öz fəaliyyətinizlə bir uğur hekayəsinə imza atacaqsınız",- deyə Liseyin direktoru bildirib.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Rzayev çıxış edib. O, məzunlara belə bir nümunəvi təhsil ocağında oxuduqları üçün şanslı olduqları deyib: "Siz hər biriniz fəxr etməlisiniz ki, bu gün müstəqil Azərbaycanın övladlarısınız. Təhsil siz gənclərin sabahıdır. Ulu öndər Heydər Əliyevin siz gənclərə verdiyi dəyərlərə sadiq qalmaq sizin ən ümdə vəzifənizidr. Ulu Öndər daim deyirdi ki, sürətlə inkişaf edən Azərbaycan gənclərin uğurları ilə daha da çiçəklənəcək, inkişaf edəcək. Hər birinizə həyatda uğurlar diləyir, öz uğurlarınızla Vətənimizin keşiyində durmağı arzu edirik".
Sonra Liseyin müəllimləri məzunlara öz ürək sözlərini çatdırıb.
Daha sonra məktəblilər xalq musiqilərindən, rəqslərdən ibarət musiqi nömələri ifa edib, şeirlər səsləndiriblər.
Sonda "Son zəng" çalınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB