Azərbaycan beynəlxalq uşaq festivalında təmsil olunacaq

Azərbaycan beynəlxalq uşaq festivalında təmsil olunacaq
Azərbaycan Türkiyənin İzmir şəhərində XIV Qaziemir bələdiyyəsinin təşkilatçılığı ilə beynəlxalq uşaq festivalında təmsil olunacaq. SİA-nın məlumatına görə, Türkiyə Cümhuriyyətinin 23 aprel – Milli Suverenlik və Uşaq Günü münasibətilə düzənlənəcək festival aprelin 16-dan 25-dək davam edəcək.

Beynəlxalq festivalda Azərbaycan, Almaniya, Bolqarıstan, Bosniya-Herseqovina, İndoneziya, Yaponiya, Şimali Kıprıs, Rumınıya, Rusiya və Yunanıstandan 440 uşaq və 160 müəllimin iştirakı nəzərdə tutulur.

Tədbirin məqsədi bu festival vasitəsilə dünya uşaqları arasında qardaşlıq, dostluq və sevgi əlaqələrini möhkəmləndirmək, həmçinin Türkiyənin xalqlar, insanlar arasında dostluğa, sevgiyə sadiq bir ölkə olduğunu göstərməkdir. Beynəlxalq uşaq festivalı çərçivəsində konsertlər və tarixi yerlərə gəzinti proqramlarının təşkili də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə