YAP Ağstafa rayon təşkilatı İmadəddin Nəsiminin şeirlərinin ən yaxşı bədii qiraətçisi müsabiqəsi keçirib
Bu gün YAP Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə məktəb şagirdəri arasında İmadəddin Nəsiminin şeirlərinin ən yaxşı bədii qiraətçisi müsabiqəsi keçirilib. Ağstafa şəhər 3 saylı tam orta məktəbdə keçirilən müsabiqədə 27 nəfər VIII-IX-X sinif şagirdləri iştirak ediblər.
Müsabiqədə Ağstafa rayon Dağkəsəmən kənd 2 saylı tam orta məktəbin şagirdi Nuray Kamandar qızı Yusifova I yerə, Aşağı Göycəli kənd tam orta məktəbin şagirdi Nazənin Fidai qızı Həsənova II yerə, Aşağı Kəsəmən kənd tam orta məktəbin şagirdi Bəyaz Şükür qızı Abdullayeva III yerə layiq görülüb.
Qaliblərə YAP Ağstafa rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB