“YARAT”da növbəti ustad dərsləri təşkil edilib

“YARAT”da növbəti ustad dərsləri təşkil edilib

“YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçirilib. “YARAT”dan SİA-ya bildirilib ki, “Özünü kəşf et” yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biliblər. Budəfəki ustad dərslərinin mövzusu yaz melodiyası, rəng nəzəriyyəsi və mücərrəd düşüncə olub.

Dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə, 19:00-21:00 saatlarında keçirilir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə