Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri tapılıb

Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nəsimi ili” çərçivəsində böyük şairin irsi ilə bağlı tədqiqatlar davam etdirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dissertant Nəzrin Atabəyli Türkiyədə İmadəddin Nəsiminin əlyazma nüsxələri ilə bağlı tədqiqat aparıb. Qardaş ölkənin kitabxana və əlyazma mərkəzlərində Nəsiminin əsərlərinin 170-dək əlyazması qorunub saxlanılır. Bununla yanaşı, şairə aid edilən bir çox nəsr əsərləri mövcuddur ki, onların xüsusi tədqiqata ehtiyacı var.

Araşdırma zamanı məlum olub ki, Türkiyənin müxtəlif əlyazma mərkəzlərində Nəsimi “Divan”ının 80-dən çox əlyazma nüsxəsi saxlanılır. Onların sırasında Manisa, Amasya, Ərzurum, İzmir, Diyarbəkir, Balıkesir, İstanbul, Ankara və s. yerlərdə saxlanılan nüsxələri qeyd etmək olar. Tədqiqat zamanı onlardan bir neçəsinin fotosurəti əldə edilib. Türkiyədə Nəsimi əlyazmaları ən çox İstanbul və Ankara şəhərlərində qorunur.

Bütün xəbərlər Facebook səhifəmizdə