Bu gün “Oskar” mükafatına namizədlərin adları açıqlanacaq- FOTO
Amerika Kino Sənəti Akademiyası bu gün "Oskar" mükafatına namizədlərin adlarını açıqlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mükafatlar 28 nominasiya üzrə gizli səsvermə yolu ilə təyin ediləcək.
Mərasim Beverli-Hilzdəki Semuel Qoldvin teatrında keçiriləcək və Bakı vaxtı ilə 17:38-də başlanacaq. Mükafatlandırma mərasiminin builki aparıcıları Amerika Kino Sənəti Akademiyasının prezidenti Tom Şerak və qara dərili aktrisa Monik olacaq.
Şerak və Monik 28 nominasiyadan 10-da namizədlərin adlarını çəkəcəklər. Namizədlərin tam siyahısı daha sonra akademiyanın saytında yerləşdiriləcək. Ən yaxşı filmə görə nominasiyasında namizədlərin sayı ötənilki kimi 10 olacaq. Bu 10 film sırasına ilk növbədə "Sosial şəbəkə", "Kral danışır!", "Qara qu quşu", "Başlanğıc", "Döyüşçü", "Uşaqlar qaydasındadır" filmləri daxildirlər.
Aktyorlar arasında aşkar namizədlər Kolin Fert ("Kral danışır"), Ceyms Franko ("127 saat") və Mark Uolberq ("Döyüşçü") sayılırlar. Aktrisalar arasında Natali Portman ("Qara qu quşu"), Cennifer Lourens ("Qış sümükləri") və Mişel Uilyamsın ("Mavi Valentin") şansları daha yüksək dəyərləndirilir.
Rejissorlar arasında Darren Aronofski ("Qara qu quşu"), Devid Finçer ("Sosial şəbəkə"), Tom Huper ("Kral danışır!"), Kristofer Nolan ("Başlanğıc") və Devid O.Rassel ("Döyüşçü") daha şanslı sayılırlar. Ən yaxşı cizgi filmləri sırasında "Oyuncaqların hekayəti: Böyük qaçış", "Yaramaz mən" və "Əjdahanı necə əhilləşdirməli" filmlərinin adları çəkilir.
Xarici dildə ən yaxşı film nominasiyasında "Qisas" (Danimarka), "Gözəllik" (Meksika), "Qanundankənar" (Əlcəzair), "Yanğınlar" (Kanada), "Köpək dişi" (Yunanıstan), "Etiraflar" (Yaponiya), "Həyat hər şeydən üstündür" (CAR), "Biz yağışın altındayıq" (İspaniya) və "Sadə Saymon" (İsveç) filmlərinin adları daha çox hallandırılır.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən "Oskar" komitəsi Azərbaycan filmləri arasından məhz İlqar Safatın "Sahə" filmini seçərək, bu mükafata namizədlər siyahısına daxil olmaq üçün göndərilib və film "Ən yaxşı xarici film" nominasiyasına daxil edilmişdi. Lakin Amerikanın Kino Akademiyası İlqar Safatın "Sahə" filmini "Oskar"a namizədlər siyahısından çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB