"Nəsiminin məzarının gətirilməsi bu il gündəlikdə olacaq" - ÖZƏL- AÇIQLAMA
"Nəsiminin məzarı Hələbdə müqəddəs ziyarətgah kimi qəbul olunub. Ora çoxlu ziyarətçilər gəlirlər. Biz o məzarın yenidən qurulması və Azərbaycana aid bir mərkəzin yaradılması ilə bağlı söhbətlər aparmışdıq". Bu sözləri bu gün keçirilən mətbuat konfransında SİA əməkdaşının verdiyi suala cavab olaraq nazir Əbülfəs Qarayev bildirib.
O, əlavə edib ki, Hələbin bu günkü gərgin vəziyyəti bu layihəni tamamlamağa hələ ki, imkan vermir. Nazir bildirb ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Nəsimi Poeziya Festivalında Suriyadan gələn qonaqlar da iştirak ediridi və onlar Nəsimi poeziyasına böyük rəğbət bəsləyirlər: "Hesab edirəm ki, "Nəsimi ili"nin elan olunması dahi Nəsiminin böyüklüyünü bir daha sübut edir. Nəsiminin məzarının gətirilməsi hesab edirəm bu il gündəlikdə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB