"Birinci xanımın muğama olan diqqətini xüsusi qeyd etmək lazımdır" - ÖZƏL
"Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü, diqqət və qayğının daha bir əyani göstəricisidir. Heç bir ölkədə mədəniyyət və incəsənət xadimlərinə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir". Bu sözləri SİA-ya açıqlamasında xalq artisti, opera ifaçısı Samir Cəfərov deyib.
O, əlavə edib ki, Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin qayğılarını, problemlərini hər zaman diqqətdə saxlayır. Dövlətimizin başçısı onlara mükafatların verilməsi, yubileylərinin keçirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar imzalayır. Prezidentin bu diqqət və qayğısı həmişə sevinclə və rəğbətlə qarşılanır. Birinci xanımın muğama olan diqqətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan musiqisi bu gün dünya ölkələrində səslənir və olduqca maraqla qarşılanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB