“Şərqdən şərqə- 2010” bədii sərgisinin açılışı olub

“Şərqdən şərqə- 2010” bədii sərgisinin açılışı olub
Bu gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova sərgi salonunda "Şərqdən şərqə- 2010" bədii sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, sərgidə xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət və turizm nazir müavini Ədalət Vəliyev, xalq rəssamları Ağaəli İbrahimov, Arif Hüseynov və başqaları iştirak edib.

Sərgidə ilk olaraq çıxış edən xalq rəssamı Fərhad Xəlilov bildirib ki, müxtəli mövzulu, ayrı- ayrı janlarda çəkilən yaradıcılıq nümunələrinin bu sərginin ekspozisiyasına daxil edilməsini həmin rəssamların bilavasitə qədim Azərbaycan miniatür sənətinin çox zəngin bədii ənənlərinə özünəməxsus- müasir münasibət göstərmələri şərtləndirilib. Gənc rəssamların bir qrupu ötən əsrin 30-cu illərində olan miniatür ənənələrindən yaradıcılıqla faydalanmaqla uğurlu əsərlər yaratsalar da, çox tez bir zamanda onların milli köklərə qayıdışı arzuolunmaz sayılırdı".

Daha sonra çıxış edən xalq rəssamı A. İbrahimov qeyd edib ki, bu gün beynəlxalq aləmdə Azərbaycan təsviri sənəti də hələ ki, daha çox ötən əsrdə onların və digərlərinin qazandıqları uğurlarla tanınmaqdadır: "Lakin hər şey axır və dəyişir. Bunu həyatımızın bütün sahələrində olduğu kimi rəssamlıq sahəsində də duymaqdayıq. Təsviri sənətimizdə baş verən "yeniləşmə"lər əgər arzulanan axarda olsaydı bəlkə də "Şərqdən şərqə" adlı belə sərgilərə ehtiyac qalmazdı. 2008-ci ildə 5 rəssamın yaradıcılıq nümunələrindən ibarət I "Şərqdən şərqə" sərgisi açılıb və çox rəqabətlə də qarşılandı".

Məlumat üçün bildirək ki, bu sərgidə rəssamlarımızın ən müxtəlif nəsilləri təmsil olunub. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə təşkil olunub.

Qeyd edək ki, sərgi dekabrın 15-nə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə