Beynəlxalq Muğam Mərkəzində “Kuklalar” bədii filminin təqdimatı keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində “Kuklalar” bədii filminin təqdimatı keçiriləcək
Dekabrın 10-da, saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Sınaqfilm" studiyasında rejissor Çingiz Rəsulzadə tərəfindən çəkilən "Kuklalar" bədii filminin təqdimatı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Filmin mövzusu belədir: "SSRİ. Bakı. 80-ci illərin sonu. Bir qrup gənc oğlan Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanırlar. Hər şey onların həyatında ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Onlar özləri dərk etdikləri kimi azad yaşamağa can atırlar, lakin bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Azadlığı əldə edərək, onlar artıq daha böyük miqyasda oynayan kuklalara çevrilirlər".

Filmin quruluşçu rejissoru Çingiz Rəsulzadə, ssenari müəllifləri Çingiz Rəsulzadə, Ramiz Fətəliyev, quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamı Rövşən Mehdiyev, bəstəkarı İsa Məlikov, prodüseri Tofiq Musayevdir.

Rollarda: Qorqud Cəfərli, Yevgeniy Qəhrəmanov, Cavid Quliyev, Ağa Bədəlov, İsgəndər Ağagülov, Emil Zöhrabov, Cəminə Ağayeva, Şəlalə Quliyeva, Vahid Əliyev, Xalidə Quliyeva, Abbas Qəhrəmanov, Şahmar Qəribli, Elvira Cəfərova, Mehriban Xanlarova, Ömür Nağıyev və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə