"Ənənəvi və müasir mədəniyyət: ziddiyətlər və hədəflər" adlı görüş keçirilib FOTOLAR
Bakı şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində çalışan gənc mədəniyyət işçiləri arasında "Ənənəvi və müasir mədəniyyət: ziddiyətlər və hədəflər" mövzusunda növbəti debat-müzakirə keçirilib. SİA-nın məlumatına görə, debatda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələri tabeçiliyində çalışan gənc mədəniyyət işçiləri iştirak edib. Nazirlik sistemində gənclər arasında keçirilən növbəti debat layihəsidir. Debatın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi nəzdində yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”dur.
“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Şəmkir rayon üzrə kuratoru Tural Əliyev, Binəqədi rayon MKS-in işçisi Şəfiqə Ağayeva, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları Nürəddin Babayev, Aygün Qasımova, Sənan Talıbov çıxış edərək yeni üslubların daxil olması ilə qlobal və rəqəmsal mədəniyyətlə qədim mədəni mühitin harmoniyasındakı prosesləri izah ediblər.
Mərkəzin direktoru Asif Usubəliyev qloballaşma dövründə ənənəvi və müasir mədəniyyətin müsbət və mənfi cəhətlərini qeyd edərək, cəmiyyətdə və sahədə baş verən hadisələrə adekvat qiymət vermək bacarığının formalaşmasından, habelə sistemdə həmkarlıq, əməkdaşlıq mikroklimatının yaradılmasından danışıb.
Mövzu etibarı ilə debatda ənənəvi mədəniyyətimizin qlobal və modern mədəni dəyərlərlə olan əlaqəsi, qarşılıqlı inkişaf yolları və ziddiyyətləri müzakirə olunub.
Xatırladaq ki, 06 aprel 2016-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında ilk dəfə olaraq debat təşkil olunub. "Mədəniyyət və gənclərimiz" adlı debatda Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonlarıdan olan 80 nəfərdən artıq mədəniyyət işçiləri iştirak edib. İştirakçıların fikrinə əsasən pilot layihə kimi gənc mədəniyyət işçiləri arasında ilk dəfə keçirilən debat böyük maraq doğurmasına səbəb olmuş onların peşəkar mütəxəssis kimi formalaşmasına öz töhfəsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB