Aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış italyan balet truppası olan “Spellbound” çıxış edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya məlumat verilib ki, “Bir axşam Spellboundla” adlı gecə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində reallaşacaq.
Qeyd edək ki, 1994-cü ildə tanınmış italiyan xoreoqraf Mauro Astolfi tərəfindən yaradılan “Spellbound” mütəmadi olaraq bir çox milli və beynəlxalq balet festivallarında uğurla çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB