"Qadın ehtiram və qayğıya layiqdir”

"Qadın ehtiram və qayğıya layiqdir”

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın ehtiram və qayğıya layiqdir” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, ATMU-nun rektoru İlham Mədətov kollektivin qadın əməkdaşlarını bayram münasibətilə təbrik edib: "Prezident İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi ən böyük dəyər ölkənin birinci xanımı Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi oldu. Bu bir faktdır ki, qadınlar ailədə və cəmiyyət həyatında böyük qüvvədir. Deməli,təqvim ilində təkcə bir gün- martın 8-də deyil, hər zaman qadınlar ehtiram və qayğıya layiqdirlər. Ölkəmizdə Azərbaycan qadınının elmi, pedaqoji, milli-yaradıcılıq fəaliyyətinə yüksək dəyər verildiyini önə çəkən İ.Mədətov bu ənənənin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla isbatlayıb.

Bayram tədbirində ATMU-nun struktur rəhbərləri Azərbaycan xanımlarının cəmiyyət həyatında Qadın ana-Qadın vətəndaş mövqeyindən, leksikonumuzda vətənə ana deyiminin səbəbsiz işlənilmədiyindən söz açıblar. Universitetin qadın əməkdaşlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, şəxsi həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə