Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı

Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib. SİA-nın məlumatına görə, tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə