“Sənətkarlıq, folklor və mətbəx yarmarkası” keçirilir

“Sənətkarlıq, folklor və mətbəx yarmarkası” keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə dekabrın 30-dan yanvarın 4-dək “Sənətkarlıq, folklor və mətbəx yarmarkası” keçirilir.

SİA-nın məlumatına görə, İsmayıllı şəhər Mədəniyyət mərkəzinin qarşısındakı “Turist məkanı”nda baş tutacaq yarmarkada regiona məxsus əl işləri və milli kulinariya nümunələrinin satışı təşkil olunur. Tədbir çərçivəsində folklor kollektivlərinin çıxışları olacaq, Mədəniyyət mərkəzində Yeni il karnavalı keçirilir.

29-30 dekabr tarixində Şamaxı, Qəbələ, Qobustan və Ağsuda da bayram şənlikləri gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə