“Qeyri-maddi mədəni irs təhsili” mövzusunda YUNESKO-nun Ekspert görüşündə Azərbaycan da iştirak edib
Antalyada təşkil olunan "Qeyri-maddi mədəni irs təhsili" mövzusunda YUNESKO-nun Ekspert görüşündə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil edib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbaut xidmətindən məlumat verilib.
Albaniya, Azərbaycan, Bolqarıstan, Çin, Fransa, Keniya, Koreya Respublikası, Qabon, Meksika, Mərakeş, Tunis, Türkiyə, həmçinin YUNESKO və TÜRKSOY nümayəndələrinin qatıldığı tədbirdə qeyri-maddi mədəni irs sahəsində formal və qeyri-formal təhsilin əhəmiyyəti, müxtəlif aspektləri, həmçinin qeyri-maddi mədəni irs sahəsində uşaq bağçalarından başlayaraq ali təhsil ocaqlarına qədər təhsil metodikalarının təkmilləşdirilməsi, milli qanunvericiliklərin inkişaf etdirilməsi, qeyri-hökumət təşkilatlarının, ictimai mərkəzlər və kütləvi informasiya vasitələrinin rolu müzakirə edilib.
Y.Hüseynli "Qeyri-maddi mədəni irs sahəsində təhsilin mənası" adlı təqdimatında, göstərilən təhsilin özünə-məqsəd olmadığını, əksinə praktiki tələbatlara adekvat cavab verə biləcək qabiliyyətlərə malik olan mütəxəssislərin yetişdirilməsinə xidmət etməli olmasına diqqət yönəldib.
Hadisənin xalqların və ümumilikdə bəşəriyyətin təşəkkül tapmasında vacibliyini nəzərə alaraq, bildirilib ki, "Qeyri-maddi mədəni irs" ayrıca bir ixtisas kimi qərarlaşdırılmalı, buraxılan məzun isə qeyri-maddi mədəni irsin mədəniyyət fəzasındakı yeri, diyarşünaslıq, folklor və sənətkarlıq kimi əsas istiqamətləri ilə yanaşı, sahə üzrə mədəniyyət siyasətinin qanunvericilik, inzibatçılıq, maliyyələşdirmə, elm-informasiya təminatı, kadr, maddi-texniki və beynəlxalq təminatlarının, qeyri-maddi mədəni irsin alətləri və infrastrukturunun incəliklərinə bələd olmalıdır.
Məlumat üçün bildirək ki, görüş TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB