Bakıda ilk dəfə Mədəniyyət Mübadiləsi Festivalı -“Bakool Arts” keçirilib. Tədbir Braziliya Səfirliyi, Milli Turizm Təbliğat Bürosu və “Arts Council” qeyri-hökumət təşkilatının dəstəyi ilə gerçəkləşib. SİA-nın məlumatına görə, açıq səma altında reallaşan festival incəsənətin nümayişinə həsr olunub.
Festivalın beynəlxalq incəsənət məsləhətçisi Daiana Oliveira bildirib ki, məqsəd Azərbaycanda fərqli incəsənəti nümayiş etdirməkdir: “Bu tədbir, həmçinin müxtəlif ölkələr arasında körpü yaratmaq üçün mühüm bir addımdır. Bu festivalla Bakıda fərqli incəsənət sahələrinin təqdimatını keçiririk. Mədəniyyətimiz müxtəlif olsa da, incəsənətdə bu, özünü göstərmir”.
Festivalda hər biri müasir yeraltı yaradıcılıq üslublarında çıxış edən yeni musiqiçi qrupları da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB