“Fəryad” və “Bizim Cəbiş müəllim” filmləri nümayiş olunub FOTO

“Fəryad” və “Bizim Cəbiş müəllim” filmləri nümayiş olunub FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə mədəniyyət evində “Azərbaycanfilm”in istehsalı olan “Fəryad” və “Bizim Cəbiş müəllim” filmləri nümayiş olunub. İdarədən SİA-ya bildirilib ki, nümayişdən əvvəl gənc nəslin maarifləndirilməsində böyük əhəmiyyət kəsb edən hər iki film haqqında geniş məlumat verilib.

Vurğulanıb ki, bu istiqamətdə işlər davam etdiriləcək və mədəniyyət evlərində milli filmlərin nümayişi daha da genişləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə