Culiya Kameronun “Rəssamın yolu” kitabının təqdimatı olacaq

Culiya Kameronun “Rəssamın yolu” kitabının təqdimatı olacaq

Avqustun 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində bir çox yaradıcı insanların həyatına müsbət təsir göstərmiş məşhur amerikalı yazıçı və pianoçu Culiya Kameronun “Rəssamın yolu” kitabının təqdimatı olacaq. SİA-nın məlumatına görə, tədbirdə C.Kameronun pərəstişkarı, tanınmış gənc yazıçı Sabina Vəlibəyova kitabla bağlı iştirakçıların suallarını cavablandıracaq.

Təqdimat mərasimində peşəsindən asılı olmayaraq bütün iştirakçılar yaradıcı prosesə cəlb olunacaq. Tədbirdə hər kəs iştirak edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə