Bu gün xalq artisti Yaşar Nurinin doğum günüdür. SİA-nın məlumatına görə, Yaşar Məmmədsadıq oğlu Nuri 1951-ci ilin məhz bu günündə Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa, o "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm olaraq iştirak edib. Müxtəlif dram dərnəklərində, 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.
Aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Kurs rəhbərləri tanınmış səhnə xadimləri - Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. 1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etdikdən sonra, institutun tədris teatrında aktyor işləyib.
1974-cü il dekabrın 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri Milli Dram Teatrında işlədiyi gündən indiyədək repertuarda olan bir çox tamaşalarda iştirak edib.
Yaşar Nuri 1975-ci il noyabrın 28-də Rəhimə xanımla ailə həyatı qurub. İki qızı var.
Aktyor 1981-ci ildə 30 illik yubileyində ilk fəxri adını- əməkdar artist, 1989-cu ildə SSRİ xalq artisti, 1991-ci ildə 40 illik yubileyində "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı alıb.
1996-cı ildə 45 illiyinə həsr olunan "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilib.
Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan Görəsiniz" əsərinə quruluş verib, kinoda isə "Spasibo" filmini çəkib.
Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa, o İlyas Əfəndiyevin "Bağlardan Gələn Səs" dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin Komediyası və yaxud Don Juan"da Sqanarel, Əkrəm Əylislinin "Quşu Uçan Budaqlar" pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki "Dəli Yığıncağı" faciəsində Sərsəm Salman, Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy obrazlarını yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB