Uşaq və gənc rəssamların sənət əsərləri Azərbaycan naminə sərgilənəcək

Uşaq və gənc rəssamların sənət əsərləri Azərbaycan naminə sərgilənəcək

Aprelin 28-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində "Müstəqil Azərbaycan naminə" adlı uşaq və gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılacaq. SİA-nın məlumatına görə, sərgisi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Nizami rayon Gənclər və İdman İdarəsi və 201 nömrəli tam orta məktəbin dəstəyi ilə baş tutacaq.

Sərginin əsas məqsədi uşaq və gənclərin milli-mənəvi dəyərlərlə bağlı düşüncələrini və vətənpərvərlik hisslərini inkişaf etdirmək, habelə müstəqil Azərbaycan anlayışının bütövlüyünü və dönməzliyini göstərməyə çalışmaqdır. Sərgidə 201 nömrəli tam orta məktəbin palitra art studiyasının 40-dək üzvünün sulu boya və qrafika texnikası ilə işlənmiş 120-dən artıq əsəri nümayiş olunacaq.

Sərgi mayın 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə