Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev aprelin 7-də Böyük Britaniyada "Prussia Cove" Beynəlxalq Musiqi Seminarı çərçivəsində keçiriləcək ustad dərslərində çıxış edəcək. SİA-nın məlumatına görə, azərbaycanlı musiqiçi D.Şostakoviçin "Violonçel və piano üçün 40 nömrəli sonata"sını ifa edəcək. Onu pianoda Anna Fyodorova müşayiət edəcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB