Azərbaycanlı ifaçı Londonda konsert verəcək

Azərbaycanlı ifaçı Londonda konsert verəcək

Azərbaycanlı violonçel ifaçı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev mayın 22-də Londonda "Wigmore Hall"da özünün "Russian Masters" debüt albomunda yer alan əsərlərdən ibarət konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, onu pianoçu Mariya Taraseviç müşayiət edəcək.

Camal Əliyev Türkiyə, Böyük Britanıya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə