Üzeyir Hacıbəylinin ev-muzeyində, muzeyin direktoru Sərdar Fərəcovun təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin "Mədəniyyət naminə elm" adlı növbəti elmi seminarı keçirilib. SİA-nın məlumatına görə, seminarı Mərkəzin elmi katibi Hüseyn İbrahimov tədbiri açıq ela edərək, sözü AMEA-nın Fəlsəfə institunun Estetika şöbəsinin müdiri, professor Adil Əsədova verib. A.Əsədov "Mədəniyyətin 4 tipi" məruzesində insanların mədəniyyətin müxtəlif tiplərə aid olmağından və bunun nəticələrindən danışıb. Maraqlı mövzu geniş diskusiyasının və auditoriyanın müxtəlif suallarının yaranmasına səbəb olub.
İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin baş metodisti Toğrul Hidayətzadə "İslam həmrəyliyi oyunları: multikultural dəyərlərin qorunmasında Azərbaycanın rolu" adlı çıxışında İslamda həmrəyliyin formalaşmasından və tarixi mənasından bəhs edib.
Mədəniyyət təsissatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin sektor müdiri Elnarə Hacıyeva "İslam və demokratiya" adlı məruzəylə İslamda dil, irq, cins və rəng fərqinin qəbul edilməməsi və geniş şəkildə vicdan azadlığına istinad edilməsi, demokratik prinsiplərdən söz açaraq İslamın universal qaydalarının uzlaşdığından bəhs edib.
Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Cəlal Həziyev "Milli adət-ənənələrimizdə İslam amili" adlı məruzəsində müasir qloballaşan dünyada qədim adət-ənənələrimizin qorunmasında İslamın rolundan danışıb.
Qeyd edək ki, layihənin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönləndirmək və mövcud sahədə çalışan əməkdaşların hazırlıq dərəcəsinin artırılmasından ibarətdir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB