Bakıda "Naməlum Qazaxıstan“ sərgisi açılıb

Bakıda "Naməlum Qazaxıstan“ sərgisi açılıb

Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda "Naməlum Qazaxıstan" adlı sərginin açılışı olub. SİA-nın məlumatına görə, Dövlət Rəssamlıq Akademiyasında açılan sərgi Qazaxıstan Respublikasının birinci Prezidenti - Millətin Lideri Fondu tərəfindən təşkil olunan sərgidə Qazaxıstan haqqında 40 ən parlaq və təsirli fotoşəkillər nümayiş olunub.
Ümumilikdə layihədə Qazaxıstanın bəzən insan ayağı da dəyməyən, az tanınan guşələrindən 3 mindən çox unikal kadr yer alıb. Açılış mərasimində Qazaxıstan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd olunub ki, bu sərgi vasitəsilə tamaşaçılar Qazaxıstan haqqında daha maraqlı məlumatlar ala biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə