Bərdə şəhərində müxtəlif mədəniyyət müəssisələrin fərliyyətinə aid Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatı olub. SİA-nın məlumatına görə, Abbas Səhhət adına Uşaq kitabxanasında Bərdə rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Validə Nabatovanın iştirakı ilə keçirilmiş təqdimatda Yevlax şəhər, Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarının mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə Mərkəzin əməkdaşları Aygün Balabəyova "Muzey işinin modernləşdirilməsi", Pərvanə Hüseynova "Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili" və Nadir Məmmədov "Şəhər (rayon) mədəniyyət müəssisələri və onların filiallarında özfəaliyyət dərnəklərinin təşkili" adlı hazırladıqları metodiki vəsaitləri təqdim ediblər.
Vəsaitlər barədə fikir mübadiləsi aparılmış, müəlliflər verilən suallara cavab veriblər.
Tədbirin sonunda təqdimatları aparılmış metodiki vəsaitlər mədəniyyət işçilərinə istifadə üçün hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB