Azərbaycan Dillər Universitetində(ADU) Meksikanın Bakıdakı səfirliyinin təşəbbüsü ilə Ölülər Günü ilə bağlı tədbir keçirilib. SİA-ya səfirlikdən verilən məlumata görə, 2 noyabr tarixi Meksikada Ölülər Günü kimi qeyd olunur. Ölülər Günü Meksikanın və dünyanın canlı irsinin ən vacib məqamlarından, həmçinin, ölkənin yerli sakinləri arasında böyük əhəmiyyətə malik qədim ənənələrindən biri olduğu üçün UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmiş yeddi Meksika mədəni adətindən biridir. Ölülər Gününün qeyd olunması qədim köklərə malikdir və onun əsas məqsədi dünyasını dəyişənlərin yad olunmasından ibarətdir. Ölülər Gününün mənası ölümün həyatın bir parçası olduğunu göstərməkdir. Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ADU-da müəllim-tələbə heyəti qarşısında çıxış edərək bu gün barədə məlumat verib. Səfir Labardini bu bayramın köklərindən və müasir qeyd olunma üsülları barədə geniş məlumat verib. Mühazirə tədbir iştirakçıları tərəfindən böyük marağa səbəb olub, tələbələr Meksika mədəniyyəti, qədim adətlərin qorunması və "Ölülər Günü" ilə bağlı bəzi anlayışların mənası haqqında suallar veriblər.Prorektor Jalə Qəribova xalqlar arasında tanıtıma və yaxınlaşmaya xidmət edən bu cür tədbirlərin əhəmiyyətindən söz açıb. Reqionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva öz çıxışında, Meksika və Azərbaycanın milli mədəniyyətlərində oxşar ənənələrindən danışıb.
Sonda bu bayram haqqında qısametrajlı film nümayiş olunub.
rn
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB