Cəlilabad rayon Alar kənd kitabxana filialının binası əsaslı təmir və yenidən qurmadan sonra oxucuların istifadəsinə verilib. SİA-nın məlumatına görə, bu məqsədlə 23 oktyabr 2016-cı il tarixində Alar kəndində təntənəli tədbir keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, rayon icra hakimiyyətinin, kənd ictimaiyyətinin nümayəndələri, Ombudsman aparatının Cənub regionu üzrə nümayəndəliyinin rəhbəri və digər vəzifəli şəxslər iştirak ediblər.
Təmirdən əvvəl kitabxananın sahəsi 16.5 kvadrat metr təşkil edərək bir otaqdan ibarət idi. Yenidən qurmadan sonra isə bu sahə 74 kvadrat metrlik üç otaqdan ibarət hər bir şəraiti olan müasir bir kitabxanaya çevrilib. Kitabxananın inventar və avadanlıqları da tam şəkildə yenilənib.
Mərasimdə çıxış edənləri ölkəmizdə milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də birinci xanıma öz dərin minnətdarlıqlarını bildiriblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB