Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində ustad şair Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubiley mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. O, çıxışında belə ədəbi–məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb və bu tədbirlərdə iştirakından məmnunluğunu qeyd edib.
AYB-nin Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan çıxış edərək Şəhriyar şeirindəki millilik, özünəməxsusluq elementlərinin onun bütün xalqımıza sevdirən cəhətləri kimi vurğulayıb.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Şəhriyarı sevərək xatırlayan hər bir azərbaycanlıya minnətdar olduğunu bildirib.
Təbriz Qaradağ Aşıqlar Birliyinin sədri Böyükbəy Ələkbəroğlu öz çıxışı ilə, Təbrizli aşıqlar Aşıq Abbas Məhəmmədi, Aşıq Həsən Babayi isə Şəhriyar sözünün sehrini əsrarəngiz saz havaları ilə bəyan ediblər.
Məclisdə çıxış edən Əsəd Cahangir , Ofeliya Babayeva , Əşrəf Veysəlli , xalçaçı rəssam Fazil Abasquluzadə ayrılıq, həsrət nidalarının ideal poetik həllin tapmış Şəhriyar poeziyasının gözəlliyindən söz açıblar.
Daha sonra xanəndələr Könül Əmiralıyeva, Günay Mehdiyeva, Tural Salmanov və müşayiətçilər Elnur Əliyev, Məhərrəm Qəhrəmanov, Zabil Cavadov şairin sözlərinə bəstələnmiş musiqi nömrələri və muğam parçaları ifa edərək ədəbi – bədii məclisi rövnəqləndiriblər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB