Azərbaycan Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisində təmsil olunacaq

Azərbaycan Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisində təmsil olunacaq

19-21 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisi (Health Sumex) təşkil ediləcək. SİA-nın məlumatına görə, tədbir Türkiyə Respublikası Səhiyyə Nazirliyinin himayəsi, Türkiyə İqtisadiyyat Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Avropa Birliyi Nazirliyi, Türkiyə İnkişaf Nazirliyi və Türkiyə Sağlamlıq Turizmini İnkişaf etdirmə Şurasının dəstəyi ilə baş tutacaq. Tədbirdə sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan 32 təşkilat, quruluş və dərnəyin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisinə dəstək verən ictimai birliklər sırasındadır. Tədbirdə assosiasiya Azərbaycanın sağlamlıq turizmi imkanları barədə geniş təqdimat da keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə