Sumqayıt Dövlət Rəsm Qalereyasında 18 oktyabr Müstəqillik günü münasibətilə Sumqayıt şəhərinin dekorativ tətbiqi sənət ustalarının "Qızıl əllər" sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Nəsibə Şükürova, Günel Hüseynova, Xuraman Səfərəliyeva və Zümrüd İlyasovanın əl işləri nümayiş olunub.
Sərgidə 35 ədəd toxunma işləri, 2 ədəd keramika, 100 ədəd bəzək əşyaları göstərilib.
Tədbiri açıq elan edən Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova dekorativ tətbiqi sənət ustalarına sərgidəki iştirakına görə təşəkkürünü bildirib, sənət uğurları arzulayıb.
Daha sonra tədbir mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin çıxışı ilə davam edib.
C.Cabbarlı adına mədəniyyət evinin "Turan" rəqs kollektivi və Şəhər Mədəniyyət Evinin solistləri Kamil Ağazadə, Elvin Abdullayev, Şahin Qədirsoy və Səbinə Gədəbylinin ifasında xalq, bəstəkar və aşıq mahnıları maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB