Zaqatalada Vəli Axundovun 100 illik yubileyi qeyd olunub FOTOLAR

Zaqatalada Vəli Axundovun 100 illik yubileyi qeyd olunub FOTOLAR

Azərbaycanın görkəmli dövlət xadimi, tanınmış tibb alimi və xalqımızın yetirdiyi parlaq şəxsiyyətlərdən biri olan Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 ili tamam olub. SİA-nın məlumatına görə, bu münasibətlə Zaqatala rayon Yuxarı Tala kənd mədəniyyət evinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Bir ömrün 100 səhifəsi" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Vəli Axundovun həyat və yaradıcılığından, tibb elminin yeni mərhələdə inkişafı naminə göstərdiyi fəaliyyətindən, onun hakimiyyətdə olduğu illərdə ölkədə baş verən dəyişikliklərdən söz açıblar. Daha sonra isə Vəli Axundova həsr olunmuş video-slayd nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə